“Qarabağ” UEFA reytinqində “Qalatasaray”ı geridə qoydu

“Qarabağ” UEFA reytinqində “Qalatasaray”ı geridə qoydu

Hazırda oxunan: “Qarabağ” UEFA reytinqində “Qalatasaray”ı geridə qoydu
194662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən hazırlanan siyahıda ən yüksək göstəriciyə malik Azərbaycan təmsilçisi “Qarabağ”dır. 

Ağdam klubu 33.000 xalla 57-ci yerə yüksəlib. “Köhlən atlar” reytinqdə İspaniyanın “Betis” klubu ilə birlikdə bu pilləni bölüşdürür. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu göstərici ilə Türkiyə təmsilçisi “Qalatasaray”ı (31.500 xal, 60-cı yer) geridə qoyub.

“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 6 komanda ilə birlikdə 143-149-cu yerləri bölüşdürür. “Ağ-qaralar” ötən siyahı ilə müqayisədə 8 pillə geriləyib.
“Qəbələ” 4.500 xalla 275-cidir. “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və “Keşlə” (indiki “Şamaxı”) 4,025 xalla 306-310-cu pillələri bölüşdürürlər.

“Turan Tovuz”, “Kəpəz” və “Araz-Naxçıvan” isə reytinq cədvəlində yer almayıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (148.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 144.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü İspaniya “Real Madrid”i (134.000) tamamlayıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO