“Barselona” yeni məşqçi ilə ANLAŞDI

“Barselona” yeni məşqçi ilə ANLAŞDI

Hazırda oxunan: “Barselona” yeni məşqçi ilə ANLAŞDI

193742

"Barselona" mövsümün sonunda Xavi Ernandeslə yollarını ayıra bilər. 

Bizim.Media xəbər verir ki, bu, baş verəcəyi təqdirdə Kataloniya təmsilçisinin yeni baş məşqçisinin kim olacağı məlumdur. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Barselona"nın prezidenti Xoan Laporta Hansı Fliklə razılıq əldə edib. Xavi ilə yollar ayrılsa, alman məşqçi La Liqa nəhəngi çalışdıracaq.

Qeyd edək ki, Hansi Flik son olaraq Almaniya milli komandasının baş məşqçisi olub. 59 yaşlı çalışdırıcı 2023-cü ilin sentyabr ayından işsizdir. O, daha əvvəl "Bavariya"ya rəhbərlik edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO