Xizək Alpinizmi üzrə Dünya Kuboku ölkəmizdə KEÇİRİLƏCƏK – İLK DƏFƏ

Xizək Alpinizmi üzrə Dünya Kuboku ölkəmizdə KEÇİRİLƏCƏK – İLK DƏFƏ

Hazırda oxunan: Xizək Alpinizmi üzrə Dünya Kuboku ölkəmizdə KEÇİRİLƏCƏK – İLK DƏFƏ

192744

Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Bizim.Media xəbər verir ki, ISMF tərəfindən Dünya Kubokunun "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2025-ci ilin 11-12 yanvar tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dünya Kubokunun keçirilməsi ilə bağlı qərar bu ilin 9-10 mart tarixlərində Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ Turizm Mərkəzi”nin birgə təşkilatçılığı ilə baş tutan Beynəlxalq Xizək Alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO