PSV 25-ci dəfə Niderland çempionu oldu

PSV 25-ci dəfə Niderland çempionu oldu

Hazırda oxunan: PSV 25-ci dəfə Niderland çempionu oldu

190570

PSV Niderland çempionatında 2023/2024 mövsümünün çempionu olub. 

Bizim.Media xəbər verir ki, Eyndhoven təmsilçisi sona 2 tur qalmış bu uğura imza atıb. Eredivizyanın 32-ci turunda “Sparta”ya 4:2 hesabı ilə qalib gəlib. 

87 xal toplayan PSV ən yaxın izləyicisi “Feyenoord”u 12 xal qabaqlayaraq, çempionluğu rəsmiləşdirib. 

PSV tarixində 25-ci dəfə Niderland çempionatının qalibi olub. Komanda sonuncu dəfə 2017/2018 mövsümündə çempion titulunu qazanıb. 

Qeyd edək ki, eyndhovenlilər mövsümün son 2 oyununda “Fortuna” (12 may) və “Valveyk”lə (19 may) qarşılaşacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO