Messinin komandası rəqibini darmadağın etdi - VİDEO

Messinin komandası rəqibini darmadağın etdi - VİDEO

Hazırda oxunan: Messinin komandası rəqibini darmadağın etdi - VİDEO

189352

Messinin dublu və iki məhsuldar ötürməsi "İnter Mayami"yə MLS matçında “New England”ı məğlub etməyə kömək edib. 

Bizim.Media xəbər verir ki, Foksboroda (Massaçusets, ABŞ) keçirilən görüşdə argentinalı hücumçu Lionel Messi dubla imza atıb (32-ci və 68-ci dəqiqələr). Nəticədə matç 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Messi iki məhsuldar ötürmə də edib: Kremaşki (83) və Luis Suares (89). 

“New England”un yeganə qolunu isə Tomas Chancalay vurub.

Şərq Konfransının turnir cədvəlinə 11 oyundan sonra 21 xalla “İnter Mayami” başçılıq edir. “New England” 4 xalla sonuncu, 15-ci yerdədir. Növbəti matçda “İnter Mayami” mayın 4-də “Nyu York Red Bullz”u qəbul edəcək.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO