Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazanıblar

Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazanıblar

Hazırda oxunan: Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazanıblar

189280

Azərbaycanın bədii gimnastları Bolqarıstanın Burqas şəhərində keçirilən “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində 5 bürünc medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yığmanın heyətində Ayan Sadıqova (halqa), Səkinəxanım İsmayılzadə (çoxnövçülük, gürzlər və top), Dəniz Əsgərova (lent) fəxri kürsüyə qalxıblar.

Bu nəticədən sonra millimiz komanda hesabında üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, ötən gün start verilən turnirə aprelin 28-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO