"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq

Hazırda oxunan: "Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq

189199

"Liverpul" yaxın 48 saat ərzində Arne Slotun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Mersisaydlılar 45 yaşlı mütəxəssisin hazırkı klubu "Feyenoord"a müqaviləni vaxtından əvvəl ləğv etməsi üçün təxminən 13 milyon funt-sterlinq ödəyəcək. Daha əvvəl niderlandlı mütəxəssisin "Liverpul"un baş məşqçisi vəzifəsinə əsas namizəd olduğu barədə məlumat yayılmışdı.

Bu ilin yanvarında isə "Liverpul"un hazırkı baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Qeyd edək ki, Slot 2021-ci ildən "Feyenoord"un baş məşqçisidir. Onun komandası 30 oyundan sonra Niderland çempionatında lider PSV-dən 12 xal geri qalaraq 2-ci pillədə qərarlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO