"Azərreyl" Azərbaycan çempionu oldu

Hazırda oxunan: "Azərreyl" Azərbaycan çempionu oldu

188635

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, həlledici matçda “Azərreyl” “Abşeron”la üz-üzə gəlib. 

Bakı İdman Sarayındakı qarşılaşma "Azərreyl"in 3:1 (25:13, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "Azərreyl" 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.

Qeyd edək ki, ötən gün "Azərreyl"in kişilərdən ibarət komandası finalda "Murov Az Terminal"ı (3:2) məğlub edərək ölkə çempionu olmağı bacarıb.

Əlavə edək ki, qadınların Yüksək Liqasında bürünc medalları “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Terminal” əldə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO