Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Hazırda oxunan: Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

188525

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada cari mövsümün son oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, final qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcəklər. Bakı İdman Sarayında baş tutacaq görüş saat 16:00-da start götürəcək.

“Azərreyl” yarımfinalda “Gəncə”ni, “Abşeron” isə “Murov Az Terminal”ı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Yüksək Liqada bürünc medalları “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Terminal” əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO