“Azərreyl”  tarixində ilk dəfə çempion olub - VİDEO 

Hazırda oxunan: “Azərreyl”  tarixində ilk dəfə çempion olub - VİDEO 

188438

Kişi voleybolçuların Yüksək Liqasında bu mövsümün son oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” görüşüb. 

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün "qızıl set" oynanılıb. Burada daha dəqiq çıxış edən birincilər yekunda 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13) hesablı qələbə qazanıblar.

Bununla da “Azərreyl” tarixində ilk dəfə 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxaraq Azərbaycan çempionu olub.
Qeyd edək ki, Yüksək Liqada bürünc medalları MOİK-ə 3:0 hesabı ilə qalib gələn “Neftçi” əldə edib.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO