İsveçli atletdən yeni dünya rekordu

İsveçli atletdən yeni dünya rekordu

Hazırda oxunan: İsveçli atletdən yeni dünya rekordu

188235

Atletikada şüvüllə tullanma yarışlarında yeni dünya rekorduna imza atılıb.

Bizim.Media xəbər verir ki, Arman Dyuplantis 6,24 metr nəticə ilə şəxsi rekordunu yeniləyib.

İsveçli atlet Çində keçirilən “Brilyant Liqa”sında bu uğura nail olub. O, ötən ilin dekabrında ABŞ-da keçirilən beynəlxalq turnirdə əldə etdiyi 6,23 metrlik rekordu təzələyib. Olimpiya və dünya çempionu ola Dyuplantis Sem Kendriks (ABŞ, 5,82 m) və Xuan Bokay (Çin, 5,72 m) arxada qoyub.
Qeyd edək ki, Dyuplantisin hesabında 8 dünya rekordu var. 2020-ci ildən bəri heç bir atlet onun nəticələrini yaxşılaşdıra bilməyib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO