“Azəryol” həndbolçuları məğlub oldu

“Azəryol” həndbolçuları məğlub oldu

Hazırda oxunan: “Azəryol” həndbolçuları məğlub oldu

188233

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XVII turun oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəliblər. 

“AHF Arena”da keçirilən görüşün favoriti sayılan “Azəryol” meydana lider “Kür”lə 2 xallıq fərqi aradan qaldırmaq üçün çıxıb. 

İlk “dördlük”də qərarlaşan “Qarabağ” isə turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi. Gərgin və maraqlı mübarizə ilə yadda qalan qarşılaşmanı “Qarabağ” 35:34 (18:18) hesablı qələbə ilə başa vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO