İngiltərə klubları “Fənərbağça”nın üzvünü transfer etmək istəyir

Hazırda oxunan: İngiltərə klubları “Fənərbağça”nın üzvünü transfer etmək istəyir

188112

"Fənərbaxça"nın yarımmüdafiəçisi İsmail Yüksek karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, türk futbolçunun xidmətində 3 klub maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Xəbərdə "Tottenhem", "Nyukasl" və "Aston Villa"nın İsmaili transfer etmək istədiyi bildirilir.

Adıçəkilən klublar yayda 25 yaşlı orta xətt oyunçusu üçün "Fənərbaxça" ilə danışıqlar masasına əyləşəcək.

İstanbul təmsilçisi oyunçusunu 20 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, "Fənərbaxça" İsmail Yükseki 2020-ci ilin yayında "Gölcükspor"dan transfer edib.
Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla sözləşməsinin müddəti 2027-ci ilin yayınma kimidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO