Luis Alberto 8 il sonra

Luis Alberto 8 il sonra "Latsio"dan ayrılır

Hazırda oxunan: Luis Alberto 8 il sonra "Latsio"dan ayrılır

186986

"Latsio"nun hücumçusu Luis Alberto yayda Roma klubundan ayrılacaq.

Bizim.Media "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə 31 yaşlı futbolçu öz açıqlamasında bildirib. O, cari mövsümün sonunda komandadan gedəcəyini söyləyib: 

“Bilirəm ki, bu, “Latsio”dakı son mövsümümdür. Klubdan daha çox pul almaq istəmirəm, müqaviləyə xitam vermək üçün artıq ərizə vermişəm. Düşünürəm ki, mənim kənara çəkilməyimin vaxtıdır".

Qeyd edək ki, ispaniyalı futbolçu 2016-cı ildə "Liverpul"dan "Latsio"ya keçmişdi. Bu mövsüm o, bütün turnirlərdə 39 oyuna çıxıb, 4 qol vurub və 8 qolun ötürməsini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO