Nicat Abasov yenə heç-heçə etdi

Nicat Abasov yenə heç-heçə etdi

Hazırda oxunan: Nicat Abasov yenə heç-heçə etdi
186825
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib. 

Bizim.Media xəbər verir ki, 28 yaşlı qrossmeyster VII turda Hindistan təmsilçisi Vidit Santoş ilə münasibətləri aydınlaşdırıb. 

Milli üzvü ağ fiqurlarla oynayıb. Tərəflər heç-heçəyə razılaşıblar.

Digər oyunlara gəlincə, Əlireza Firuzca (Fransa) Dommaracu Qukeşə (Hindistan) qalib gəlib, Hikaru Nakamura (ABŞ) – Yan Nepomnyaşi (FIDE), Fabiano Karuana (ABŞ) – Rameşbabu Praqnanandha (Hindistan) görüşləri isə bərabərliklə bitib.

7 turdan sonra Yan Nepomnyaşi vahid liderdir, o, 4,5 xal toplayıb. Karuana, Qukeş və Praqnanandha 2-4-cü yerləri bölüşür, onların hər biri rusiyalıdan 0,5 xal geri qalır. Vidit və Nakamura hərəyə 3,5 xal toplayıblar (5-6-cı yerləri bölüşdürüblər), Firuzca (2,5 xal) yeddinci, Nicat Abasov isə 2 xalla sonuncudur.

8-ci turda Abasov turnirin vahid lideri Nepomnyaşi ilə qarşılaşacaq. İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Qeyd edək ki, turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO