İdmançımız Avropa çempionatında 1/4 finala yüksəldi

İdmançımız Avropa çempionatında 1/4 finala yüksəldi

Hazırda oxunan: İdmançımız Avropa çempionatında 1/4 finala yüksəldi

186738

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Bizim.Media xəbər verir ki, kişilərin şəxsi yarışındakı ilk görüşündə Bolqarıstan təmsilçisi Dimitar Yanakievi 2:0 (21:10,21:18) hesabı ilə məğlub edən idmançı 1/8 finala yüksəlmək uğrunda sloveniyalı Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21:13,21:13).

Ən güclü “səkkizliy”ə yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19,12-21,21-19) hesablı qələbə qazanaraq 1/4 finala vəsiqə adlayıb.

Edi yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO