“Yuventus”dan Kənan Yıldıza möhtəşəm JEST

“Yuventus”dan Kənan Yıldıza möhtəşəm JEST

Hazırda oxunan: “Yuventus”dan Kənan Yıldıza möhtəşəm JEST

186620

İtaliya nəhəngi “Yuventus” həm türkiyəli milli futbolçu Kənan Yıldızla müqaviləni uzatmağa, həm də əfsanəsi Alessandro Del Pyeronun formasını ona verməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, İtaliya A Seriyasının daimi təmsilçisi Yıldızla 2029-cu ilə qədər yeni müqavilə imzalamaq istəyir.

Bildirilir ki, “qoca sinyora”nın azarkeşlərin böyük maraq göstərdiyi 18 yaşlı hücumçu ilə son vaxtlar Avropa klublarının maraqlanması “Yuve”ni belə addım atmağa sövq edir.
Hazırda komandada 15 nömrəli formanı geyinən hücumçunun yeni müqavilədən sonra 10 nömrəli formanı geyinəcəyi gözlənilir.

Qeyd edək ki, “Yuventus”da Del Pyerodan sonra Tevez, Poqba və Dibala kimi adlar 10 nömrəli formanı geyinsə də, son iki mövsümdə bu nömrə sahibsiz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO