
- A-
- A
- A+
İdman
19:15 / 08.04.2024
1 dəq oxunma
Boksçumuz Avropa birinciliyində 1/4 FİNALINDA
Hazırda oxunan: Boksçumuz Avropa birinciliyində 1/4 FİNALINDA
186279
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.
Bizim.Media xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa vurub.
Zidan Hümbətov Cemi Kollinsdən (İrlandiya) güclü olub. 51 kq çəkidə mübarizə aparan yığma üzvü ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibini diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.
Zidan növbəti qarşılaşmasını aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.
Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Arturs Vayslaya (Latviya) uduzub.
Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































