Bədii gimnastlarımız Estoniyada 4 qızıl medal QAZANDI 

Bədii gimnastlarımız Estoniyada 4 qızıl medal QAZANDI 

Hazırda oxunan: Bədii gimnastlarımız Estoniyada 4 qızıl medal QAZANDI 

186235

Estoniyada bədii gimnastika üzrə birinci “Tallinn Open” adlı beynəlxalq turnir başa çatıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi yarışda 4 qızıl və 2 gümüş medal qazanıb. 

Böyüklər üzrə qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla çıxışlarında iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fərdi çıxışda İlahə Bahadirova topla hərəkətlərdə qızıl medal qazanıb. Gövhər İbrahimova qızıl (gürzlər) və gümüş (halqa), Şəms Ağahüseynova (lent) isə gümüş mükafata layiq görülüblər.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO