“Neftçi” öz meydanında “Sumqayıt”la heç-heçə etdi - VİDEO

“Neftçi” öz meydanında “Sumqayıt”la heç-heçə etdi - VİDEO

Hazırda oxunan: “Neftçi” öz meydanında “Sumqayıt”la heç-heçə etdi - VİDEO
186141
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun “Neftçi Arena”da keçirilib.

Turnir cədvəlində “qonşu” olan komandalar - “Neftçi” ilə “Sumqayıt” üz-üzə gəliblər. Görüşdə hesabı qonaqlar açıblar. 13-cü dəqiqədə Yuri Matias avtoqol müəllifi olub.

“Neftçi”nin cavab qolu özünü 60 dəqiqə gözlədib. Belə ki, 73-cü dəqiqədə kapitan Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yarımmüdafiəçinin penalti zərbəsini qapıçı qaytarsa da, Mahmudov dönən topu ikinci cəhddə qapıdan keçirə bilib.
Qarşılaşma 1:1 hesabı ilə də yekunlaşıb. Bununla xallarının sayını 44-ə çatdıran “Neftçi” turnir cədvəlində üçüncü pilləyə düşüb. Dördüncü sıradakı “Sumqayıt”ın hesabında isə 43 xal var.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:1), “Turan Tovuz” “Sabah”ı (2:0), “Qarabağ” “Səbail”i (4:2), “Zirə” isə “Qəbələ”ni (4:0) məğlub edib.

Qeyd edək ki, XXX turun matçları 12-14 apreldə keçiriləcək.
 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO