Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun FIDE reytinqindəki yeni MÖVQELƏRİ

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun FIDE reytinqindəki yeni MÖVQELƏRİ

Hazırda oxunan: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun FIDE reytinqindəki yeni MÖVQELƏRİ

185089

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) növbəti reytinq cədvəli açıqlanıb.

Bizim.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki pillə irəliləyərək 2733 xalla 27-ci sıraya qalxıb.

Teymur Rəcəbov 2723 xalla üç mövqe geriləyib və 28-ci yerdə qərarlaşıb.

Rauf Məmmədov 2651 xalla 85-ci yerdə qalıb. Nicat Abasov isə ilk “100-lüy”ə düşə bilməyib.

Qadın şahmatçılardan isə Günay Məmmədzadə 2436 xalla 34-cü, Gövhər Beydullayeva 2402 xalla 46-cı, Ülviyyə Fətəliyeva 2377 xalla 72-ci, Xanım Balacayeva 2371 xalla 77-ci, Gülnar Məmmədova 2352 xalla 99-cu pillədə yer alıb.
Qeyd edək ki, siyahıya 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınlarda isə çinli Yifan Hou 2632 xalla birinci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO