Messisiz “İnter Mayami” autsayderlə bacarmadı - VİDEO

Messisiz “İnter Mayami” autsayderlə bacarmadı - VİDEO

Hazırda oxunan: Messisiz “İnter Mayami” autsayderlə bacarmadı - VİDEO
184971
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 31-də MLS-də “İnter Mayami” “Nyu York Siti” qarşılaşması baş tutub. Fort Lauderdeyl (ABŞ) şəhərindəki “DVR Stadium”da keçirilən oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Bizim.Media xəbər verir ki, 15-ci dəqiqədə meydan sahiblərinin uruqvaylı hücumçusu Luis Suares hesabı açıb.

Lakin fasilədən əvvəl “Siti”nin kosta-rikalı yarımmüdafiəçisi Alonso Martinez qol vuraraq bərabərliyi bərpa edib və matçın yekun hesabını müəyyənləşdirib.

Qonaqların argentinalı hücumçusu Lionel Messi bud nahiyəsindən aldığı zədə səbəbindən komandasının ardıcıl üçüncü matçını buraxıb. Onun komanda yoldaşları Serxio Busquets və Jordi Alba isə 90 dəqiqə meydanda oynayıblar.
“İnter Mayami” yeddi matçdan sonra 11 xalla MLS turnirində ikincidir. “Nyu-York Siti” isə altı oyundan sonra dörd xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO