Türkiyə Superkuboku ilə bağlı yekun qərar qəbul edildi

Türkiyə Superkuboku ilə bağlı yekun qərar qəbul edildi

Hazırda oxunan: Türkiyə Superkuboku ilə bağlı yekun qərar qəbul edildi

183983

Türkiyə Super Kuboku uğrunda keçiriləcək oyunun vaxtı dəqiqləşib. 

Bizim.Media xəbər verir ki, görüş əvvəlcədən planlaşdırıldığı kimi 7 aprel tarixində Şanlıurfa şəhərində təşkil olunacaq. 

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat verib.

"Fənərbaxça" Konfrans Liqasında mübarizə apardığı üçün matçın təxirə salınmasını tələb etmişdi. Lakin federasiya klubun müraciətini qəbul etməyib.

Qeyd edək ki, Türkiyə Super Kubokunu qazanmaq üçün son ölkə çempionu "Qalatasaray"la ölkə kubokunun qalibi "Fənərbaxça" üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO