Arda Güler

Arda Güler "Real"dan DANIŞDI - “Bu mövsüm mənim üçün çətin görünür”

Hazırda oxunan: Arda Güler "Real"dan DANIŞDI - “Bu mövsüm mənim üçün çətin görünür”

182122

"Real"ın futbolçusu Arda Güler Madrid təmsilçisinin heyətində ilk qolunu vurmasınından danışıb.

Bizim.Media xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ötən gecə "Selta" ilə görüşdə (4:0) fərqlənib. 

A.Güler bu nailiyyətini belə şərh edib: "Real"da olduğum üçün çox xoşbəxtəm. "Real" dünyanın ən yaxşı klubudur. Müəyyən çətinliklər olsa da, onların öhdəsindən gələcək keyfiyyətlərə və xarakterə malik olduğuma inanıram.

Hələlik bu mövsüm mənim üçün çətin görünür, amma ümid edirəm ki, bu qoldan sonra hər şey daha yaxşı olacaq”.
Qeyd edək ki, Arda ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçsə də aldığı ardıcıl zədələr səbəbindən ancaq bu qış komandada debüt edə bilmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO