Fransa klubu “Qarabağ”ın legionerinə təklif göndərdi

Fransa klubu “Qarabağ”ın legionerinə təklif göndərdi

Hazırda oxunan: Fransa klubu “Qarabağ”ın legionerinə təklif göndərdi

181744

“Qarabağ”ın hücumçusu Juninyo Avropa klublarının diqqətini cəlb etməkdədir. 

Bizim.Media xəbər verir ki, braziliyalı hücumçu üçün növbəti təklif Fransadan gəlib. Belə ki, Liqa 1-də mübarizə aparan “Lans” Juninyonu yayda transfer etməkdə maraqlıdır. 

Məlumata görə, Fransa klubunun skautları Juninyo üçün Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” – “Bayer” görüşünü stadiondan canlı izləyiblər. 

27 yaşlı futbolçu 2023-cü il iyulun 1-də “Qarabağ”a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO