Çinli futbolçuya ömürlük həbs cəzası verildi

Hazırda oxunan: Çinli futbolçuya ömürlük həbs cəzası verildi

179700

“Everton” və “Şeffild Yunayted”in sabiq yarımmüdafiəçisi Li Ti Çində korrupsiya ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib. 

Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, Li Ti 2022-ci ilin noyabrında Çin futbolunda korrupsiya halları ilə bağlı aparılan istintaq zamanı həbs edilib. 

Dindirilmə zamanı Li Ti dəfələrlə rüşvət aldığını etiraf edib. Xüsusilə, 2018-ci ildə “Everton”un sabiq futbolçusu 2019-2021-ci illərdə rəhbərlik etdiyi Çin millisinə baş məşqçi təyin olunmaq üçün təxminən 390 min avro ödəyib. 
Keçmiş futbolçu Çinin ikinci liqasında danışılmış oyunların təşkilində iştirak etdiyini də təsdiqləyib. Li Ti 2002-2006-cı illərdə “Everton”da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO