Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli oldu - NƏTİCƏLƏR - VİDEO

Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli oldu - NƏTİCƏLƏR - VİDEO

Hazırda oxunan: Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli oldu - NƏTİCƏLƏR - VİDEO

17784

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları növbəti raunda adlayıblar.

London təmsilçisi 1/4 finalın ilk matçında Portuqaliyada 2:0 hesabı ilə qalib gəldiyi "Portu"ya evdə minimal hesabla uduzub - 0:1.

Qonaqların heyətində oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Mehdi Taremi fərqlənib. Məğlubiyyətə baxmayaraq, "zadəganlar" yarımfinala vəsiqə qazanıblar.

PSJ isə doğma meydanda Almaniya "Bavariya"sına 0:1 hesabı ilə məğlub olub. Görüşdə yeganə qolu 40-cı dəqiqədə Erik Şupo-Motinq vurub.

Buna baxmayaraq, Münhendəki ilk qarşılaşmada turnirin son qalibini 3:2 hesabı ilə məğlub edən Paris klubu səfərdə daha çox qol vurduğu üçün yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün oynanılacaq "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) və "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunları ilə yekun vurulacaq.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO