Rusiya klubu “Qarabağ”ın legioneri üçün 7 milyon təklif edir

Rusiya klubu “Qarabağ”ın legioneri üçün 7 milyon təklif edir

Hazırda oxunan: Rusiya klubu “Qarabağ”ın legioneri üçün 7 milyon təklif edir

177122

"Qarabağ"ın forvardı Juninyo Rusiyanın “Dinamo” klubunun maraq dairəsindədir. 

Bizim.Media xəbər verir ki, Moskva təmsilçisi braziliyalını yayda transfer etməyi planlaşdırır. 

Bunun üçün isə “Dinamo” rəhbərliyi “Qarabağ”a müəyyən transfer məbləği ödəyəcək.

Moskva klubunun Juninyonun transferi üçün 7 milyon avro təklif edəcəyi gözlənilir. 27 yaşlı hücumçu 2023-cü il iyulun 1-də “Çaveş”dən “Qarabağ”a keçib. Onun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 
Juninyo “Portimonense”, “Novurizontino”, “Fiqeyrense”, “Vila Nova”, “Eştoril”, “Atletiko Paranaense” klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO