“Qalatasaray” rəsmisi “Qarabağ”ın hansı futbolçularını BƏYƏNİB?

“Qalatasaray” rəsmisi “Qarabağ”ın hansı futbolçularını BƏYƏNİB?

Hazırda oxunan: “Qalatasaray” rəsmisi “Qarabağ”ın hansı futbolçularını BƏYƏNİB?

176821

Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən “Qarabağ” – “Səbail” oyununu tribunadan izləyən “Qalatasaray”ın futbol direktoru Cenk Ergünün bəyəndiyi futbolçular müəyyənləşib. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağdamlıların iki üzvü İstanbul klubu rəsmisinin diqqətini çəkib. 

O, sol cinah müdafiəçisi Toral Bayramov və yarımmüdafiəçi Yassin Benzianın performansından məmnun qalıb. 

Cenk Ergün xüsusən də sol cinah müdafiəçisi axtarışında olan “Qalatasaray”a Bayramov barədə müsbət raport təqdim edib. İstanbul nəhəngi mövsümün qalan dönəmində Azərbaycan millisinin üzvünü diqqət mərkəzində saxlamaq qərarına gəlib.
Qeyd edək ki, “Səbail”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ”da qollara məhz Toral Bayramovla Yassin Benzia imza atıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO