Çempionlar Liqasında bu gün ilk yarımfinalçılar bəlli olacaq

Çempionlar Liqasında bu gün ilk yarımfinalçılar bəlli olacaq

Hazırda oxunan: Çempionlar Liqasında bu gün ilk yarımfinalçılar bəlli olacaq

17666

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

İngiltərənin "Çelsi" klubu koronavirus pandemiyası səbəbindən Portuqaliya "Portu"sunu İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda qəbul edəcək.

London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib. "Zadəganlar"ın heyətində zədəli olan Andreas Kristensen və Tyaqo Silvanın durumuna oyun vaxtı aydınlıq gələcək. "Portu"da isə itki yoxdur.

Günün maraqla gözlənən matçı Fransada gerçəkləşəcək. Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə üstələmiş PSJ-ni yarımfinala vəsiqə üçün heç-heçə, hətta 1:2-dək minimal fərqli məğlubiyyətlər də qane edir.

Paris təmsilçisində Mauro İkardi, Münhen klubunda isə Niklas Süle, Duqlas Kosta, Korenten Tolisso, Serj Qnabri və Robert Levandovski zədəlidir.

Çempionlar Liqası, cavab oyunları:

23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya)

İlk oyun - 2:0

23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya)

İlk oyun - 3:2

Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu aprelin 14-də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO