Bu gün Avropa Liqasında 1/4 final mərhələsi başlayır – Saat 23.00-da

Bu gün Avropa Liqasında 1/4 final mərhələsi başlayır – Saat 23.00-da

Hazırda oxunan: Bu gün Avropa Liqasında 1/4 final mərhələsi başlayır – Saat 23.00-da

17171

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, 4 qarşılaşmanın hamısı eyni saatda başlayacaq.

Turnirin iddialı komandalarından İngiltərənin "Mançester Yunayted" komandası İspaniyada "Qranada"nın qonağı olacaq.

İngiltərənin digər təmsilçisi "Arsenal" Londonda Çexiyanın "Slaviya" (Praqa) komandası ilə üz-üzə gələcək.

Günün maraqla gözlənilən qarşılaşması Niderlandda gerçəkləşəcək. "Ayaks" İtaliyanın "Roma" komandasını sınağa çəkəcək. İspaniya "Vilyarreal"ı isə Xorvatiyada Zaqreb "Dinamo"sunun müqavimətini qırmağa çalışacaq.

Avropa Liqası, 1/4 final, ilk oyunlar:

23:00. "Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

23:00. "Arsenal" (İngiltərə) - "Slaviya" Praqa (Çexiya)

23:00. "Ayaks" (Niderland) - "Roma" (İtaliya)

23:00. "Dinamo" Zaqreb (Xorvatiya) - "Vilyarreal" (İspaniya)

Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları aprelin 15-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO