Azarkeşlər stadiona buraxılacaq - “UEFA-nın bu tələbinə əməl etməyə borcluyuq” - EKSPERT

Hazırda oxunan: Azarkeşlər stadiona buraxılacaq - “UEFA-nın bu tələbinə əməl etməyə borcluyuq” - EKSPERT

17018

Xəbər verildiyi kimi, futbol üzrə Avropa çempionatını qəbul edəcək bütün 12 şəhər UEFA-nı stadionlara heç olmasa kiçik sayda azarkeş buraxacaqlarına dair məlumatlandırıb.

Bəzi şəhərlər yerli sanitar məhdudiyyətləri üzündən hələlik stadion tutumunun yalnız 10 faizini tamaşaçılara ayıracaqlarına təminat veriblər. Lakin bu rəqəm UEFA-nı qane etmir. Fanatların oyunlara buraxılma məsələsinin UEFA-nın 20 aprel Konqresində həllini tapacağı güman edilir.

İdman eksperti, jurnalist Natiq Muxtarlı Bizim.Media-ya söyləyib ki, oyunlara tamaşaçı buraxılması UEFA-nın tələbidir:
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir


“Biz bu tələbə əməl etməliyik. Əks təqdirdə oyunların Bakıda keçirilməsinə içazə verilməyəcək. 

Əgər hansısa ölkə bu tələbə əməl etməsə, təşkilatçılıq hüququndan məhrum olardı. Biz də UEFA-nın tələbinə əməl etməyə borcluyuq. Əməl etməmək, oyunları təşkil edə bilməmək deməkdir”.

Qeyd edək ki, Azərbaycanda kütləvi tədbirlərə tamaşaçıların buraxılmasına qoyulan qadağa Avropa çempionatınadək götürüləcək.

Məhz bu səbəbdən, AVRO-2020-nin Bakıdakı oyunları məhdud sayda da olsa, azarkeşlə keçiriləcək.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO