Avropa çempionatından əvvəl Azərbaycan şahmatçısının noutbuku OĞURLANDI

Avropa çempionatından əvvəl Azərbaycan şahmatçısının noutbuku OĞURLANDI

Hazırda oxunan: Avropa çempionatından əvvəl Azərbaycan şahmatçısının noutbuku OĞURLANDI
165943
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan şahmatçısı Rauf Məmmədovun Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatından əvvəl noutbuku itib.

Bizim.Media xəbər verir ki, bu barədə "report.az"a açıqlamasında 35 yaşlı qrossmeyster bildirib.

Məmmədov qitə çempionatının bu səbəbdən onun üçün çətin başladığını söyləyib:

"Bu yarışdan əvvəl İngiltərədə turnirdə idim. Londondan Monteneqroya gedəndə noutbukum oğurlandı. İki gün tapmaq üçün çalışdıq. Amma artıq üç həftə keçib. Hələlik bir xəbər yoxdur. Məncə, artıq tapılmayacaq. Avropa çempionatı vaxtı kapitanımız Qədir Hüseynovun noutbuku ilə məşğul olurdum. Hazırlaşmaq barədə problem olmadı, çox sağ olsun. Şahmatçı və jurnalist üçün noutbuku itirmək işini itirməyə bərabərdir. Böyük şəhərlərdə belə hadisələr olur".

Qeyd edək ki, kişi şahmatçılardan ibarət millimiz yarışı 9 xalla 18-ci yerdə bitirib. Qadınlar isə turniri gümüş medalla başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO