Poqba

Poqba "Yuventus"da ayda 2 min avro qazanacaq

Hazırda oxunan: Poqba "Yuventus"da ayda 2 min avro qazanacaq
159098
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba müsbət dopinq testinə görə Turin klubunda ayda 873 min avro əvəzinə 2 min avro alacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.  

Futbolçu daha bir dopinq testindən keçə bilməyib və bu qərar qeyri-müəyyən müddətə uzadılıb. Poqba, həmçinin idman məhkəməsində dopinqdə təqsirli bilinərsə, uzunmüddətli cəza və müqaviləsinə mümkün xitam verilmə təhlükəsi ilə üzləşəcək. 

"Yuventus" hələ ki, belə radikal addım atmayıb, ancaq fransalı oyunçuya maaşının azaldılması ilə bağlı məktub göndərib. Qaydalara görə, cəzalı futbolçulardan söhbət gedəndə “Yuventus” Poqbaya yalnız İtaliya Futbolçular Assosiasiyası ilə kollektiv müqavilədə nəzərdə tutulan minimum əmək haqqını ödəməlidir.Bu o deməkdir ki, 30 yaşlı yarımmüdafiəçi ayda 2 min avro alacaq. 
Poqbanın Turin təmsilçisi ilə 2026-cı ilin yayına qədər davam edən müqaviləsi ildə təxminən 10,48 milyon avro dəyərindədir. Lakin o, indi bu məbləğin yalnız az bir hissəsini alacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO