“Neftçi” argentinalı futbolçunu TRANSFER ETDİ 

“Neftçi” argentinalı futbolçunu TRANSFER ETDİ 

Hazırda oxunan: “Neftçi” argentinalı futbolçunu TRANSFER ETDİ 
153938
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Neftçi” PFK-nın bir müddətdir davam etdirdiyi hücumçu axtarışı, nəhayət, müsbət həllini tapıb. Bu, transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış reallaşıb.  

Bizim.Media xəbər verir ki, Argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb.  

30 yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq.  

Qeyd edək ki, sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.
2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO