Gimnastlarımız Misirdə 6 medal qazandı

Gimnastlarımız Misirdə 6 medal qazandı

Hazırda oxunan: Gimnastlarımız Misirdə 6 medal qazandı
151793
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın qadın idman gimnastları Misirin paytaxtı Qahirədə keçirilən “Pharaoh’s Cup” beynəlxalq turnirində 6 medal qazanıblar.  

Bizim.Media xəbər verir ki, mükafatlardan 4-ü “qızıl”, 1-i “gümüş”, 1-i isə “bürünc” olub. Komandanın heyətində ən yüksək nəticəyə Xədicə Abbaszadə imza atıb.  

13 yaşlı idmançı yeniyetmələr arasında dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medallar əldə edib. 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Leyla Məmmədzadə dayaqlı tullanma, Aynaz Məcidzadə isə sərbəst hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.  

Bu yaş kateqoriyasında çıxış edən digər gimnast Albina Alieva sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada bürünc medala sahib çıxıb.  

Qeyd edək ki, “Pharaoh’s Cup” turnirində kişilərdən ibarət Azərbaycan yığmasının üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada 3-cü yeri tutublar. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO