“Qarabağ” Azərbaycana növbəti xalları qazandırdı

“Qarabağ” Azərbaycana növbəti xalları qazandırdı

Hazırda oxunan: “Qarabağ” Azərbaycana növbəti xalları qazandırdı
149255
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb.

Bizim.Media Azərbaycan çempionu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la evdə 1:1 hesablı heç-heçə edərək buna nail olub.

Bakı Olimpiya Stadionunda baş tutan görüşdə qeydə alınan bərabərlik sayəsində ölkə reytinqinə 0,125 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 1-ə çatıb.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Sloveniya 16,250 reytinq xalına malikdir.

Baş tutan qarşılaşmalar Xorvatiya, Latviya, Lüksemburq və Şimali Makedoniyanın irəliləməsinə, Yunanıstan, İrlandiya, Finlandiya, Ermənistan, Malta, Monteneqro, Uels və Andorranın isə geriləməsinə səbəb olub.
Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO