Buffon karyerasını başa vurdu

Buffon karyerasını başa vurdu

Hazırda oxunan: Buffon karyerasını başa vurdu

149237

Məşhur italiyalı qapıçı Canluici Buffon karyerasını başa vurub. 

Bizim.Media xəbər verir ki, bu haqda o, öz sosial şəbəkə hesablarında məlumat yayıb.  

45 yaşlı qolkiper yazıb: “Budur, dostlar! Siz mənə dəstək oldunuz, mən də sizin üçün əlimdən gələni etdim. Hər şeyi birlikdə etdik”. 

Daha əvvəl Buffonun "Parma" ilə müqaviləni ləğv edəcəyi məlum olmuşdu. 

O, karyerasına 1995-ci ildə "Parma"da başlayıb, 2001-ci ilə qədər bu komandada çıxış edib. Daha sonra italyalı qapıçı 2018-ci ilə qədər "Yuventus" da oynayıb. Canluici 1 mövsümü PSJ-də keçirdikdən sonra yenidən "Yuventus"a qayıdıb. Futbolçu 2021-ci ildən "Parma"da çıxş edirdi.
1997-ci ildən İtaliya millisində oynayan Buffon 2010-cu ildə yığmanın kapitanı olmuşdu. O, 2018-ci ildə komandadan ayrılıb. 

Qolkiper 5 dünya çempionatında (1998, 2002, 2006, 2010, 2014) iştirak edib. 2006-cı ildə o, mundialın qalibi olub və turnirin ən yaxşı qapıçısı seçilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO