Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazandı - FOTO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazandı - FOTO

Hazırda oxunan: Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazandı - FOTO
148683
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Bizim.Media-ya verilən məlumata görə, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Bu gün onlardan Füqan Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub. F. Əliyev təkanla qaldırma hərəkətində uğurlu çıxış edib.

O, 179 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanıb.

Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazandı - FOTO - foto 1
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazandı - FOTO - foto 2
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazandı - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO