PSJ Luis Enrikeni baş məşqçi postuna gətirdi

PSJ Luis Enrikeni baş məşqçi postuna gətirdi

Hazırda oxunan: PSJ Luis Enrikeni baş məşqçi postuna gətirdi

144766

Fransanın PSJ komandasının yeni baş məşqçisi bəlli olub. 

Bizim.Media xəbər verir ki, bu vəzifəyə Luis Enrike gətirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.  

İspaniyalı mütəxəssis Paris təmsilçisinin sükanı arxasında bu gün istefaya göndərilən Kristofer Qaltyeni əvəzləyib. 53 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb. Enrikenin son iş yeri İspaniya millisi olub. 
O, məşqçilik karyerası ərzində İtaliyanın “Roma”, ölkəsinin “Selta” və “Barselona” klublarına da rəhbərlik edib. 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO