Turan Əliyev Avropa birinciliyinin bürünc medalını QAZANDI 

Turan Əliyev Avropa birinciliyinin bürünc medalını QAZANDI 

Hazırda oxunan: Turan Əliyev Avropa birinciliyinin bürünc medalını QAZANDI 
144762
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.  

Bizim.Media xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.  

Bu dəfə körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 17-yə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 114 kq nəticə göstərib və bu hərəkətdə 4-cü yeri tutub. Turan təkanla qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdə də 4-cü olub.  
Toplam 250 kq (114+136) nəticə göstərən Əliyev yekun sıralamada bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb. 

Turan Əliyev Avropa birinciliyinin bürünc medalını QAZANDI  - foto 1

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO