“Fənərbağça” “Konyaspor”a qalib gəldi - “Beşiktaş” liderdir

“Fənərbağça” “Konyaspor”a qalib gəldi - “Beşiktaş” liderdir

Hazırda oxunan: “Fənərbağça” “Konyaspor”a qalib gəldi - “Beşiktaş” liderdir
14154
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 8-də futbol üzrə Türkiyə çempionatının XXIX turunun sonuncu qarşılaşmasında “Fənərbağça” səfərdə “Konyaspor”un qonağı olub.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri rəqiblərinin qapısından üç cavabsız top keçiriblər.

“Fənərbağça”nın qollarını Atilla Szalai, Osayi Samuel və Sərdar Əziz vurub. Günün digər matçında “Trabzonspor” öz meydanında “Alanyaspor”a 1:3 hesabı ilə uduzub.

“Göztəpə” isə doğma divarlar arasında “Ərzurumspor”u 3:1 hesabı ilə üstələyib. “Antalyaspor” – “Kasımpaşa” matçında isə qalib müəyyənləşməyib - 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 58 xalla "Qalatasaray", üçüncü pillədə isə onunla eyni xal toplayan "Fənərbağça" qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO