Stolüstü tennisçimiz beynəlxalq yarışda bürünc medal aldı

Stolüstü tennisçimiz beynəlxalq yarışda bürünc medal aldı

Hazırda oxunan: Stolüstü tennisçimiz beynəlxalq yarışda bürünc medal aldı
137140
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Stolüstü tennisçimiz Yağmur Məmmədli daha bir beynəlxalq yarışın mükafatını qazanıb.

Bizim.Media xəbər verir ki, istedadlı idmançı mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medala layiq görülüb.

22 ölkənin tennişçilərinin qatıldığı turnirin qrup mərhələsini ikinci yerdə başa vuran Yağmur ¼ finalda serbiyalı Teodora Sudzumu mübarizədən kənarlaşdırıb.

Yarımfinalda isə o, Cənubi Koreya idmançısı Li Haelinə uduzaraq bürünc medalla kifayətlənib.

Qeyd edək ki, “Eurotalent” seçimlərindən uğurla keçən Yağmur Məmmədli Avropanın ən istedadlı stolüstü tennisçiləri sırasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO