“Beşiktaş”da ciddi itki: “Trabzonspor”la oyunu buraxacaq

“Beşiktaş”da ciddi itki: “Trabzonspor”la oyunu buraxacaq

Hazırda oxunan: “Beşiktaş”da ciddi itki: “Trabzonspor”la oyunu buraxacaq
130011
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.  

Bizim.Media xəbər verir ki, "qara qartallar"ın hücumçusu Cenk Tosun sıradan çıxıb.  

31 yaşlı forvardın əzələsində yırtıq aşkarlanıb. Təcrübəli futbolçu 5-6 gün məşq prosesindən uzaq qalacaq.

Cenk Türkiyə Super Liqasının 30-cu turunun "Trabzonspor"la səfər matçında iştirak etməyəcək. Qarşılaşma 16 aprel tarixində baş tutacaq.  

Qeyd edək ki, Cenk Tosun cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 26 Super Liqa matçında 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO