Yüksək Liqa: “Azərreyl” finalda - FOTO 

Yüksək Liqa: “Azərreyl” finalda - FOTO 

Hazırda oxunan: Yüksək Liqa: “Azərreyl” finalda - FOTO 
129150
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada yarımfinalın növbəti oyunları keçirilib.  

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Murov" və "Abşeron" komandaları üz-üzə gəliblər. 

Görüşə daha yaxşı başlayan "Abşeron" birinci setdə 25:19 hesabı ilə qalib gəlib.

Cütün ilk görüşündə qələbə qazanmış "Murov" ikinci hissəni öz aktivinə yazdırmaqla ümumi hesabı bərabərləşdirib (25:22). Lakin yenidən təşəbbüsü ələ alan "Abşeron" növbəti setlərdə 29:27 və 27:25 hesabları ilə qələbə qazanıb. İlk qarşılaşmada 1:3 hesabı ilə uduzan "Abşeron" cavab oyununda rəqibini eyni hesabı ilə məğlub edib.  

Beləliklə, bu komandaların mübarizəsində qalibin adına üçüncü oyunda aydınlıq gələcək. Aprelin 7-də keçiriləcək həmin matçda qələbə qazanacaq tərəf finala yüksələcək.  

Yarımfinalın digər matçı UNEC-lə "Azərreyl" arasında baş tutub. Cütün ilk oyununda 3:0 hesabı ilə qalib gəlmiş "Azərreyl" bu dəfə də quru hesabla (25:13, 25:13 və 25:06) sevinən tərəf olub.  
Beləliklə, hər iki qarşılaşmada qalib gələn "Azərreyl" finala ilk vəsiqəni qazanıb. UNEC isə bürünc medal uğrunda yarışacaq.  

Yüksək Liqa Yarımfinal (ikinci oyunlar)  

"Murov" - "Abşeron" 1:3 (19:25, 25:22, 27:29, 25:27)  

UNEC - "Azərreyl" 0:3 (13:25, 13:25, 06:25)  

İlk oyunların nəticələri “Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25) 

“Azərreyl” - UNEC 3:0 (25:07, 25:14, 25:17) 

Yüksək Liqa: “Azərreyl” finalda - FOTO  - foto 1
Yüksək Liqa: “Azərreyl” finalda - FOTO  - foto 2
Yüksək Liqa: “Azərreyl” finalda - FOTO  - foto 3
Yüksək Liqa: “Azərreyl” finalda - FOTO  - foto 4
Yüksək Liqa: “Azərreyl” finalda - FOTO  - foto 5

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO