Azərbaycan güləşçisi 5-qat Avropa çempionu oldu ”“  VİDEO

Azərbaycan güləşçisi 5-qat Avropa çempionu oldu ”“ VİDEO

Hazırda oxunan: Azərbaycan güləşçisi 5-qat Avropa çempionu oldu ”“ VİDEO

125625
Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.

Moderator.az xəbər verir ki, yarışların ilk günündə qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb.xa0

Əvvəlcə Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib.

Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib olub.

Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO