Çempionlar Liqasında bu gün 1/4 finalın ilk iştirakçıları bəlli olacaq

Çempionlar Liqasında bu gün 1/4 finalın ilk iştirakçıları bəlli olacaq

Hazırda oxunan: Çempionlar Liqasında bu gün 1/4 finalın ilk iştirakçıları bəlli olacaq
124152
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.

Gecənin ən prinsipial matçı İngiltərədə "Çelsi" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında olacaq. Görüşü niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək. Dortmunddakı ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Digər qarşılaşmada isə "Benfika" Portuqaliyada Belçika "Brügge"sini qəbul edəcək. Matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halil Umut Meler olacaq. İlk görüşdə Lissabon təmsilçisi rəqibini məğlub edib - 2:0.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 mart

00:00. "Çelsi" (İngiltərə) - "Borussiya" Dortmund (Almaniya)
Baş hakim: Denni Makkeli (Niderland)


İlk oyun - 0:1
London, "Stemford Bric" stadionu

00:00. "Benfika" (Portuqaliya) - "Brügge" (Belçika)
Baş hakim: Halil Umut Meler (Türkiyə)


İlk oyun - 2:0
Lissabon, "Eştadiu du Benfika" stadionu

Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları martın 8-i, 14-ü və 15-də keçiriləcək.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO