Şahmat Federasiyasının rəsmiləri Ağalıda məktəblilərlə görüşdü - FOTO

Şahmat Federasiyasının rəsmiləri Ağalıda məktəblilərlə görüşdü - FOTO

Hazırda oxunan: Şahmat Federasiyasının rəsmiləri Ağalıda məktəblilərlə görüşdü - FOTO
116388
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Şahmat Federasiyası və Sumqayıt Futbol Klubunun birgə təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndi tam orta məktəbində gənclərin idmana maraqlarının artırılması və sağlam həyat tərzinin təşviq edilməsi məqsədilə tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, məktəblilərlə görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov  ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyunun fərqli düşünmənin, uzaq-görənliyin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkaşıfına müsbət təsirindən danışıb.

Federasiya tərəfindən müəllimlərin təkminləşdirmə kurslarının təşkil ediləcəyini deyən Mahir Məmmədov hər bir məktəblini internet üzərindən Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil ediləcək şahmat dərslərinə də dəvət edib.
İşğaldan azad olunmuş ərazilərdə idmanın gələcək inkişafından danışan Sumqayıt FK-nın prezidenti Riad Rəfiyev gənclərin fiziki sağlamlığının önəmini vurğulayıb.

Sonda məktəblilərə şahmat üçün lazım olann lövhələr, kitablar, futbol formaları və toplar hədiyyə edilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO