
- A-
- A
- A+
İdman
22:30 / 05.01.2023
1 dəq oxunma
“Qarabağ”ın hücumçusu “Ferent Svaroş”la MÜQAVİLƏ İMZALADI
Hazırda oxunan: “Qarabağ”ın hücumçusu “Ferent Svaroş”la MÜQAVİLƏ İMZALADI
113249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Qarabağ"ın hücumçusu Kvabena Ovusunun Macarıstanın “Ferentsvaroş” klubundan təklif alması barədə məlumat vermişdik. Artıq futbolçu komanda ilə danışıqları yekunlaşdırıb və hətta Budapeştə yollanaraq ilkin müqavilə də bağlayıb.
Bizim.Media xəbər verir ki, qanalı forvard yeni komandasına yayda qoşulacaq.
Onun Ağdam təmsilçisi ilə müqaviləsi məhz həmin vaxt başa çatacaq.
Qeyd edək ki, "Qarabağ" Kvabena Ovusunu 2020-ci ilin yanvar ayında İspaniyanın "Leqanes" klubundan transfer edib. Futbolçu cari mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































