“Qarabağ” Avropanın ilk “10-luğ”una düşdü

“Qarabağ” Avropanın ilk “10-luğ”una düşdü

Hazırda oxunan: “Qarabağ” Avropanın ilk “10-luğ”una düşdü
111676
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” Avropada ən az qol buraxan komandaların sıralamasında ilk “10-luğ”a düşüb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu cari mövsüm milli çempionatların geridə qalan hissəsində ən yaxşı müdafiə olunan 9-cu klubdur. 

Siyahı komandaların orta hesabla neçə dəqiqədən bir top buraxmalarına əsasən hazırlanıb. Qurban Qurbanovun yetirmələri Premyer Liqanın ilk yarısında qapısında cəmi 8 qol görüb. Bu o deməkdir ki, ağdamlılar 202 dəqiqədən bir rəqiblərə qol sevinci yaşamaq imkanı verir. 
Cədvələ 3 komanda başçılıq edir. İspaniya “Barselona”sı, həmçinin, Yunanıstan klubları “Panatinaikos”la AEK eyni göstəriciyə imza atıblar. Adıçəkilən komandaların hər biri ilk 14 matçda cəmi 5 dəfə mərkəzə dəvət olunublar. 

1-3. “Barselona” (İspaniya) – 14 oyun / 5 qol - 252 dəqiqədən bir 1 qol 

1-3. “Panatinaikos” (Yunanıstan) - 14 / 5 - 252 

1-3. AEK (Yunanıstan) - 14 / 5 - 252 

4. “Srvena Zvezda” (Serbiya) – 19 / 7 - 244 

5-6. APOEL (Kipr) – 16 / 6 - 240 

5-6. TNS (Uels) – 16 / 6 - 240 

7. “Makkabi” (Təl-Əviv, İsrail) – 15 / 6 - 225 

8. “Zenit” (Rusiya) – 17 / 7 - 218 

9. “Qarabağ” (Azərbaycan) – 18 / 8 - 202 

10. “Yuventus” (İtaliya) – 15 / 7 - 193

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO